Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Şimali Kivu əyalətinin Mveso şəhərinə 23 Mart Hərəkatının (M23) üsyançılarının minaatan hücumu nəticəsində ən azı 19 nəfər ölüb, 27 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Congolaise de Presse agentliyi KDR ordusuna istinadən məlumat yayıb.
Hərbçilərin məlumatına görə, üsyançı qoşunlar Ruanda ordusunun dəstəyi ilə şəhərə 120 mina atıb. KDR silahlı qüvvələri Mwesoda M23-ə qarşı əməliyyat keçirir.///tass