İraqda koalisiya qüvvələrinin hərbi bazası yaxınlığında minalanmış PUA vurulub

00:01 - 26 Yanvar 2024 - DÜNYA

İraqın şimalında, İraq Kürdüstanının inzibati mərkəzi Ərbil şəhəri yaxınlığında ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinə məxsus bazanın yaxınlığında partlayıcılarla dolu pilotsuz təyyarə vurulub. 

Ucnoqta.az xəbər verir ki, bu barədə kürd muxtariyyətinin terrorla mübarizə idarəsi məlumat yayıb.
Bildirilir ki, minalanmış PUA qeyri-qanuni hərbi qruplaşmaların tərəfdarları tərəfindən buraxılıb və vurulub.

Onun hədəfi beynəlxalq alyans qüvvələrinin Ərbil Beynəlxalq Hava Limanının yanında yerləşən hərbi bazası olub.

Xəbər xətti