İsrail HƏMAS-ı məhv etmək məqsədindən dönməyib - Netanyahu

19:55 - 25 Yanvar 2024 - DÜNYA

İsrail Fələstinin radikal HƏMAS hərəkatını məhv etmək məqsədindən əl çəkməyəcək və Qəzza zolağında saxlanılan bütün girovların qaytarılması da daxil olmaqla “tam qələbəyə” nail olacaq.

Ucnoqta.az xəbər verir ki, bu sözləri İsrail ordusunun Qəzza diviziyasının həlak olan əsgərlərinin xatirəsinə ağacəkmə mərasimində İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Biz tam qələbəyə nail olmaq öhdəliyimizi götürürük. Tam qələbə HƏMAS-ın ləğvi və girovların hamısının geri qaytarılması deməkdir. Biz bu məqsəddən əl çəkmirik", - baş nazirin ofisi bəyanat yayıb.

"HƏMAS bizi məhv etmək niyyəti ilə hücum etdi, lakin biz onu məhv edəcəyik. Həmas bizi kökündən qoparmaq niyyəti ilə hücum etdi, lakin biz onu kökündən qoparacağıq", - Netanyahu deyib.

"Tu Bişvat günü, Qəzza zolağının yanında, mən ən aydın şəkildə deyirəm: köklərimizi dərinləşdirməyin və düşmənlərimiz üzərində tam qələbənin alternativi yoxdur", - Netanyahu qeyd edib.

"Ölkəmizdə daha da dərin kök salacağıq və düşmənlərimizin kökünü kəsəcəyik", - İsrailin baş naziri əlavə edib.

Xəbər xətti