Böyük Britaniya hökuməti Yəmənin üsyançı husilər Ənsar Allah hərəkatının hərbi rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib.
Ucnoqta.az xəbər verir ki, husilərin dörd liderinin adı Böyük Britaniya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən qara siyahıya salınıb.
Sanksiya husilərin “müdafiə naziri” Məhəmməd Nasser əl-Atefi və onun müavini Məhəmməd Əhməd əl-Talebiyə aid edilib.
Üsyançıların “dəniz qüvvələrinə” nəzarət edən Məhəmməd Əli əl-Qaderi və Məhəmməd Fadl Əbdül Nəbi də sanksiyalara məruz qalıb. Sənəddə husi liderlərinə və onlarla əlaqəli şəxslərə silah verilməsinin qadağan edilməsi də nəzərdə tutulur.