Almaniyanın hüquq-mühafizə orqanları Baden-Vürtemberq federal əyalətinin Sent-Leon-Rot icmasında yerləşən gimnaziyada geniş miqyaslı əməliyyat keçirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə yerində 20-yə qədər polis maşını var, xilasedicilər və psixoloqlar gəlib, helikopter cəlb olunub.
Əməliyyatın təfərrüatları məlum deyil.