Rusiya prezidenti Vladimir Putin yanvarın 25-də Kalininqrada səfər edib
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Məlumata görə, Putin burada Kant Baltik Universitetinin tələbələri ilə görüşəcək, daha sonra region rəhbəri ilə danışacaq.
Peskov Rusiya liderinin Kalininqrad vilayətinin qubernatoru Anton Əlixanovla danışacağını da vurğulayıb.
Bundan sonra o, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı müşavirə keçirəcək.