Əfqanıstanda qəzaya uğrayan Rusiyaya məxsus "Falcon 10" təyyarəsindən 1,2 milyon dollar oğurlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Hasht e Subh məlumat yayıb.
Portalın məlumatına görə, qəzaya uğrayan təyyarəyə ilk olaraq Taliban silahlı qüvvələrinin baş qərargah rəisi Qari Fəsihəddin Fitrətlə hansısa şəkildə əlaqəsi olan bir qrup şəxs gəlib.
Oğurluqdan xəbər tutan Talibanın Bədəxşan qubernatoru Məhəmməd Əyyub Xalid qəzaya uğrayan təyyarədə baş verənləri araşdırmaq üçün komissiya təyin edib. Ona bu əyalətdəki Taliban kəşfiyyatının rəhbərinin rəhbərlik etdiyi dəqiqləşdirilir.
Falcon 10 biznes-jeti Əfqanıstan dağlarında qəzaya uğrayıb. Dörd ekipaj üzvü xilas edilib, lakin iki sərnişin - sahibkarlar Anna və Anatoli Evsyukov sağ qalmayıb.
Rusiya Federasiyasının İstintaq Komitəsi hər iki mühərrikin sıradan çıxmasını baş verənlərin prioritet versiyası adlandırıb.