ABŞ Nigerə qarşı sanksiyaları ləğv etməyə hazırdır, əgər ... - Blinken

11:43 - 25 Yanvar 2024 - DÜNYA

Qərbi Afrika ölkəsində hakimiyyətə gələn hərbçilər demokratik asayişi bərpa edərsə, ABŞ Nigerə qarşı sanksiyaları ləğv etməyə və terrorizmlə mübarizədə birgə proqramları bərpa etməyə hazırdır.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken “Jeune Afrique” jurnalına müsahibəsində deyib.

"Niger konstitusiya quruluşuna qayıdırsa, biz açıq şəkildə sanksiyaları ləğv etməyə, birgə terrorla mübarizə və təhlükəsizlik proqramlarımızı bərpa etməyə hazırıq", - ABŞ diplomatiyasının rəhbəri deyib.

Xəbər xətti