Boeing 737 MAX təyyarələrinin istehsalının genişləndirilməsinə məhdudiyyət

10:39 - 25 Yanvar 2024 - DÜNYA

ABŞ Federal Aviasiya Administrasiyası (FAA) bu tip təyyarələrdə füzelajın bir hissəsinin itirilməsi ilə bağlı qalmaqala görə, Boeing 737 MAX təyyarələrinin istehsalının genişləndirilməsinə müvəqqəti məhdudiyyət qoyub.

Ucnoqta.az xəbər verir ki, bu barədə tənzimləyicinin saytında bildirilir.

Məlumata görə, əvvəllər Boeing 737 MAX istehsalını artıracağını gözləyirdi. "Boeing normal fəaliyyətə qayıtmayacaq. Keyfiyyətə nəzarət məsələlərinin həll olunduğuna əmin olana qədər 737 MAX üçün istehsalı genişləndirmək və ya əlavə istehsal xətlərini təsdiqləmək üçün Boeing-in heç bir tələbi ilə razılaşmayacağıq", - FAA sözçüsü Mayk Uitaker deyib.

Xəbər xətti