Polis əməkdaşları ötən gün vətəndaşlardan 12 silah-sursat götürüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Yanvarın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 ədəd avtomat silahı, 1 tapança, 9 ədəd müxtəlif markalı tüfəng, 7 ədəd patron darağı və 2068 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.