Kyoto Rayon Məhkəməsi 2019-cu ilin iyul ayında Yaponiyanın Kyoto Animation animasiya studiyasını yandıraraq 36 nəfəri öldürən 45 yaşlı Şinji Aobanı təqsirli bilib və ölüm cəzasına məhkum edib.
Ucnoqta.az TASS-a istinadən xəbər verir ki, hakimiyyət cinayətkara ölüm cəzası istəyən yerli prokurorluğun vəsatətini təmin edib.
Xatırladaq ki, 18 iyul 2019-cu ildə Kyoto Animation studiyasında yanğın baş verib. Cinayətkar iki 20 litrlik benzin qutusu ilə binaya girərək yanğın törədib, 36 nəfəri öldürüb, 33 nəfəri yaralayıb.