Almaniya kansleri Olaf Şolz vəzifəsini vaxtından əvvəl tərk etməyəcək və Bundestaqda hökumətinə etimad məsələsini qaldırmayacaq.
Ucnoqta.az xəbər verir ki, siyasətçi bu barədə Zeit-ə müsahibəsində bildirib.
“Mənim də özümə şübhəm var. Bununla belə, sualınız mən getməyi düşünmüşəmmi? Cavab xeyrdir”, - Şolz vaxtından əvvəl istefası ilə bağlı şayiələrə belə cavab verib.
Yanvarın 21-də IN sosioloji institutunun sorğusu göstərib ki, hakim koalisiyaya daxil olan Almaniya Sosial Demokrat Partiyasının (SPD) populyarlıq reytinqi, Olaf Şolsun partiyası son dörd ildə ən aşağı səviyyəyə düşüb. Hazırda Almaniya vətəndaşlarının yalnız 13%-i SPD-yə səs verməyə hazırdır.