İraq və Suriyada ABŞ hərbi bazalarına hücum olub

00:24 - 25 Yanvar 2024 - DÜNYA

İraqın İslami Müqaviməti adlı hərəkatı İraq və Suriyada ABŞ-ın üç hərbi bazasına hücum etdiyini açıqlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın Telegram kanalında yerləşdirilmiş məlumatda deyilir.

Mətnə görə, İraqın Ənbar əyalətində, Ərbil beynəlxalq hava limanının ərazisində və Koniko bölgəsindəki bazalara hücum edilib.

Hücumların nəticələri barədə məlumat verilmir.

Xəbər xətti