Vaşinqton Amerika qoşunlarının Suriyadan tamamilə çıxarılması imkanını nəzərdən keçirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı məlumat yayıb.
Məlumata görə, Ağ Ev artıq ABŞ-ın Suriyadakı missiyası ilə maraqlanmır və onu lazımsız hesab edir. Yekun qərar hələ verilməsə də, Amerika administrasiyası daxilində qoşunların nə vaxt və necə çıxarılacağı ilə bağlı müzakirələr gedir.