Yanvarın 19-da Malinin qərbində qızıl mədənində tunelin çökməsi nəticəsində 70-dən çox işçi həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanlarına istinadən AFP məlumat yayıb.
Onların sözlərinə görə, qəza zamanı tuneldə 200-dən çox işçi olub. Axtarış işləri başa çatıb. Xilasedicilər 73 nəfərin cəsədini tapmağa nail olublar.
Hadisənin səbəbləri açıqlanmır.
Mali böyük qızıl, dəmir filizi, manqan, litium və uran ehtiyatlarına malikdir. Ölkə Afrikanın dördüncü ən böyük qızıl istehsalçısıdır.///tass