Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları uzadıb

16:22 - 24 Yanvar 2024 - DÜNYA

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların daha altı ay uzadılmasını təsdiqləyib.

Ucnoqta.az-ın məlumatına görə, RİA Novosti bu barədə Avropa İttifaqındakı mənbəyə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, Rusiya Federasiyasına qarşı tətbiq edilən və sonra dəfələrlə genişləndirilən və əlavə edilən iqtisadi sanksiyalar ən azı 2024-cü ilin iyul ayının sonuna qədər qüvvədə qalacaq. Bildirilir ki, Rusiyanın Ukraynada vəziyyəti sabitsizləşdirən hərəkətləri ilə bağlı məhdudlaşdırıcı tədbirlər haqqında Aİ Şurasının qərarı kimi formalaşdırılan bu cür tədbirlərin uzadılmasına dair bənd avtomatik olaraq ittifaqa üzv dövlətlərin daimi nümayəndələrinin razılığını alıb.

Xəbər xətti