Baş Kəşfiyyat İdarəsi bu gün Ukrayna ilə Rusiya Federasiyası arasında əsir mübadiləsinin hazırlandığını təsdiqləyib.
Ucnoqta.az xəbər verir ki, Departamentin nümayəndəsi Andrey Yusovun “Azadlıq” radiosuna verdiyi məlumata görə, bu günə planlaşdırılan mübadilə baş tutmur.
O əlavə edib ki, Belqorod vilayətində qəzaya uğrayan İl-76 təyyarəsində hərbi əsirlərin ola biləcəyi barədə məlumatlar hazırda yoxlanılır.