Çinin cənub-qərbindəki Yunnan əyalətində bazar ertəsi baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 34-ə çatıb.
Ucnoqta.az xəbər verir ki, Çin Mərkəzi Televiziyasının məlumatına görə, daha 10 nəfər itkin düşüb.
Fövqəladə hadisə yanvarın 22-də Pekin vaxtı ilə saat 05:51-də Çjaotonq şəhəri yaxınlığında baş verib. İtkin düşənlərin axtarışı və xilas edilməsi üçün səlahiyyətlilər bir neçə aidiyyatı idarənin resurslarını səfərbər edib. 918 sakin təbii fəlakət zonasından təxliyə edilib.