Xəbər verdiyimiz kimi, Belqorod vilayətində İl-76 hərbi təyyarəsi qəzaya uğrayıb.
Ucnoqta.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədə 74 nəfər, o cümlədən 65 ukraynalı məhbus olub.
Hadisənin baş vermə şəraiti
Müdafiə Nazirliyindən verilən məlumata görə, İl-76 Moskva vaxtı ilə saat 11:00 radələrində planlaşdırılmış uçuşu yerinə yetirərkən qəzaya uğrayıb. Təyyarədə mübadilə üçün daşınan 65 ukraynalı məhbus, həmçinin 6 ekipaj üzvü və 3 onu müşayiət edən şəxs olub.
Təyyarə Koroçanski rayonunun Yablonovo kəndindən 5-6 kilometr aralıda qəzaya uğrayıb. Bildirilir ki, yerdə dağıntı yoxdur.
Qəzanın səbəbləri hələlik rəsmi olaraq açıqlanmayıb.
Hadisə yerində müstəntiqlər və xilasedicilər işləyir, - Belqorod qubernatoru Vyaçeslav Qladkov bildirib.
Bölgənin əməliyyat xidmətlərindən TASS-a verilən məlumata görə, təyyarənin qəzaya uğradığı yerə təcili tibbi yardım briqadaları, yanğınsöndürənlər və polis göndərilib.
Rusiya Aerokosmik Qüvvələrinin komissiyası fəlakətin səbəblərini müəyyən etmək üçün bölgəyə uçub.
Səlahiyyətlilərin reaksiyası
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbətində İl-76 təyyarəsinin qəzaya uğraması ilə bağlı xəbərləri hələlik şərh edə bilməyəcəyini bildirib.
"Təyyarə NATO-nun hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Onun ardınca uçan göyərtəsində 80 məhbusun olduğu digər təttarə isə geri qayıtmalı olub", - general və Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Kartapolov Belqorod vilayətində İl-76 ilə baş verən faciəni belə şərh edib.
General qeyd edib ki, təyyarə ya “patriotlar”, ya da üç alman raketi (IRIS-T SLM) tərəfindən vurulub.
Dövlət Dumasının sədri Vyaçeslav Volodin insidentlə bağlı ABŞ Konqresinə və Bundestaqına müraciət hazırlanmasını təklif edib.///tass