Yəmənin Ənsar Allah üsyançı hərəkatından olan husilər BMT təyyarəsinin Yəmənin şərqindəki Marib əyalətinin hava limanına enməsinə mane olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə ilə Sky News Arabia məlumat yayıb.
Məlumata görə, husilər ikinci dəfədir ki, beynəlxalq təşkilatın təyyarəsinə bir hissəsi üsyançıların nəzarətində olan Marib əyalətinə eniş icazəsi vermir. Kanal bu qərarın səbəbini açıqlamayıb.