Moldovanın xarici işlər naziri istefa verib

11:24 - 24 Yanvar 2024 - DÜNYA

Moldovanın xarici işlər naziri Popesku istefa verib

Ucnoqta.az xəbər verir ki, Moldovanın baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Nikolae Popesku istefa verdiyini açıqlayıb.

“Sizə məlumat verirəm ki, ölkə prezidenti Maya Sandu tərəfindən qoyulmuş xarici siyasət məqsədlərini uğurla yerinə yetirdikdən sonra baş nazirin müavini və xarici işlər naziri vəzifəsindən istefa verirəm və indiki mərhələdə mənə fasilə lazımdır”, - deyə Popesku mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, o, vəzifəsini tərk etdikdən sonra Avrointeqrasiya prosesində hökumətə və onun komandasına dəstəyini davam etdirəcək.

Xəbər xətti