İsrailin Qəzza zolağına zərbələri nəticəsində125 nəfər ölüb

10:49 - 24 Yanvar 2024 - DÜNYA

Son 24 saat ərzində İsrailin Qəzza zolağının müxtəlif bölgələrini atəşə tutması nəticəsində azı 125 fələstinli həlak olub.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Asharq” telekanalı məlumat yayıb.

Əl-Cəzirə telekanalının məlumatına görə, ən azı 50 nəfər Fələstin anklavının cənub hissəsində yerləşən Xan Yunis şəhərinin İsrail tərəfindən bombalanmasının qurbanı olub.

Xəbər xətti