Ötən gün respublika ərazisində ümumi çəkisi 25,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 1,8 kiloqrama yaxın heroin, 22,5 kiloqramdan çox marixuana və 1,2 kiloqrama yaxın metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.