ABŞ ordusu Yəməndə husilərə qarşı yeni zərbələr endirib və iki gəmi əleyhinə raketi məhv edib.
Ucnoqta.az-ın məlumatına görə, RİA Novosti bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığına (CENTCOM) istinadən xəbər verir.
“ABŞ Mərkəzi Komandanlığı qüvvələri atılmağa hazır olan iki Husi gəmi əleyhinə raketi vurdu”, - nəşr bildirib.
Qeyd olunur ki, ABŞ ordusu husilərin nəzarətində olan ərazidə raketlər aşkar edərək, onların ticarət gəmilərini və ABŞ gəmilərini təhdid etdiyini müəyyən edib, bundan sonra özünümüdafiə məqsədilə onları məhv edib.