“İraqın İslam Müqaviməti” şiə hərəkatı ABŞ əsgərlərinin olduğu Ənbar vilayətində Ayn əl-Əsəd hərbi bazasına iki hücum təşkil etdiyini açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə hərəkatın Telegram kanalında dərc olunan mesajda deyilir.
Mətndə qeyd edildiyi kimi, hücumlar pilotsuz təyyarələrdən istifadə edilməklə həyata keçirilib.
Hücumların nəticələri barədə məlumat verilmir.