TBMM İsveçin NATO-ya üzvlüyünü təsdiqlədi

00:01 - 24 Yanvar 2024 - DÜNYA

Türkiyə parlamenti İsveçin NATO-ya üzvlük protokolunun ratifikasiyasına səs verib.

Ucnoqta.az xəbər verir ki, Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib. Səsvermə Parlamentin Baş Assambleyasının iclası zamanı baş tutub. Sənəd imzalanmaq üçün Prezident Rəcəcb Tayyib Ərdoğana göndərilib.

Beləliklə, Macarıstan yeganə NATO ölkəsi olaraq qalır ki, parlamenti hələ də İsveçin üzvlüklə bağlı müraciətini ratifikasiya etməyib.

Xəbər xətti