Göygöldə ana və qızı dəm qazından boğularaq ölüb

21:10 - 23 Yanvar 2024 - ÖLKƏ İÇİ

Göygöl şəhərində dəm qazından zəhərlənən iki qadın dünyasını dəyişib.

"Report"un məlumatına görə, şəhərdəki mənzillərin birində 1967-ci il təvəllüdlü Məmmədova Aygün və onun anası, 1934-cü il təvəllüdlü Məmmədova Minayə ölmüş vəziyyətdə aşkarlanıb.

Onların dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti