Kanadada helikopter dağlarda qəzaya uğrayıb

19:39 - 23 Yanvar 2024 - DÜNYA

Britaniya Kolumbiyası dağlarında helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə CTV telekanalı məlumat yayıb.

Hadisə bazar ertəsi axşam Terras kəndi yaxınlığındakı dağ silsiləsində baş verib. Həkimlərin sözlərinə görə, sağ qalanların vəziyyəti kritik qiymətləndirilir. Onlar xəstəxanaya aparılıb.

Helikopterin qəzaya uğramasının səbəbləri barədə məlumat verilmir.

Xəbər xətti