"Qızıl top"un sahibi fransalı Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" futbol klubunun rəhbərliyinə komandanı müvəqqəti tərk etmək xahişi ilə müraciət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
“Əl-İttihad” rəhbərliyi Benzemaya icarə əsasında Səudiyyə Ərəbistanından başqa kluba keçməyi təklif etsə də, hücumçu bundan imtina edib. Mənbənin sözlərinə görə, fransalı təzyiqlərə görə klubda özünü sübut edə bilməyəcəyinə inanır.
Qeyd edək ki, Benzema ilə müqavilə 2026-cı ilə qədər nəzərdə tutulub.