Güclü zəlzələdən sonra 67 nəfər tibbi yardım üçün Almatı xəstəxanalarına müraciət edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə şəhər meriyasının mətbuat xidməti məlumat yayıb.
"23 yanvar 2024-cü il saat 17:00-a olan məlumata görə, Almatıdakı xəstəxanalara 67 nəfər tibbi yardım üçün müraciət edib. Onlardan 55-i böyük, 12-si uşaqdır", - məlumatda deyilir.
Xəsarət alan uşaqlar arasında bir neçə körpə də var. Onların hamısı xəsarətlərini evdə alıblar.
Beş uşaq və üç böyüklərin xəstəxanada qaldığı da dəqiqləşdirilir. Xəstələrdən biri hazırda reanimasiyadadır və vəziyyəti ağırdır: o, əməliyyat olunub.