Yaponiya və ABŞ Rusiyaya qarşı sanksiyalarla bağlı razılığa gəliblər

16:07 - 23 Yanvar 2024 - DÜNYA

Yaponiya maliyyə nazirinin müavini Masato Kanda və ABŞ maliyyə nazirinin müavini Adewale Adeyemo anti-Rusiya sanksiyaları, o cümlədən məhdudlaşdırıcı tədbirlərin guya yayındırılmasının qarşısının alınması, eləcə də Qərbdə dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı müzakirələri davam etdirmək barədə razılığa gəliblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, tərəflər qlobal iqtisadi məsələlərlə yanaşı, onlar Ukrayna ətrafındakı vəziyyət kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Həmçinin Rusiyaya qarşı sanksiyaların qarşısının alınması, o cümlədən Rusiya neftinin qiymətinin yuxarı həddi ilə bağlı tədbirləri gücləndirmək üçün səyləri davam etdirmək barədə razılığa gəliblər.

Qeyd edildiyi kimi, Kanda və Adeyemo Rusiyanın dondurulmuş aktivləri ilə bağlı məsələnin müzakirəsini davam etdirməyə, o cümlədən G7 liderlərinin Yaponiyada keçirilən sammitdəki bəyanatını nəzərə almaqla razılaşıblar.

Xəbər xətti