NATO 155 mm-lik sursatın alınması üçün 1,2 milyard dollarlıq müqavilə imzalayıb
Ucnoqta.az xəbər verir ki, Şimali Atlantika Alyansı 155 mm-lik artilleriya sursatının alınması üçün 1,2 milyard dollarlıq müqavilə imzalayıb. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq sənədin imzalanması mərasimindən sonra jurnalistlərə bildirib.
“Biz indicə 1,2 milyard dollar dəyərində 155 mm-lik artilleriya sursatının alınmasına dair müqavilə imzaladıq" - Baş katib qeyd edib.