Dünyanın ən böyük vulkanlarından biri aktivləşdi

10:38 - 23 Yanvar 2024 - DÜNYA

Yaponiyanın cənub-qərbində yerləşən Aso vulkanı yenidən aktivləşməyə başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya İdarəsi məlumat yayıb.

Yapon seysmoloqlarının xəbərdarlığına əsasən, təhlükə səviyyəsi beş ballıq şkala üzrə ikinci səviyyəyə qaldırılıb – bura vulkanın kraterinə yaxınlaşmağa qadağa da daxildir. Hazırda Aso püskürmənin aktiv fazasına daxil olmayıb, lakin yapon mütəxəssisləri belə bir ssenarini istisna etmirlər.

Aso dünyanın ən böyük vulkanlarından biridir. Hündürlüyü 1592 m-dir.

Xəbər xətti