Çinin "Lijian-1" raketi orbitə bir qrup peyk çıxarıb

10:30 - 23 Yanvar 2024 - DÜNYA

Çinin Lijian-1 (Kinetica-1) yüngül daşıyıcı raketi çərşənbə axşamı günü orbitə Taijing seriyalı beş uzaqdan zondlama peykini uğurla buraxıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumata yayıb.

Çin Elmlər Akademiyasının törəmə şirkəti olan "CAS Space"in "Lijian-1" raketinin buraxılışı Pekin vaxtı ilə saat 12:03-də Ciuquan peyk buraxılış mərkəzinin 130-cu buraxılış meydançasından həyata keçirilib.

Taijing seriyalı cihazları Çinin MinoSpace şirkəti hazırlayıb. “Lijian-1” yüngül bərk yanacaq raketinin çəkisi 135 tondur. Hündürlüyü 30 metrə, eni isə 2,65 metrə çatır. O, aşağı Yer orbitinə 1,5 tona qədər faydalı yük yerləşdirməyə qadirdir.

Xəbər xətti