Qırğızıstan-Çin sərhədində 5,5-8 bal gücündə 6 zəlzələ qeydə alınıb

10:05 - 23 Yanvar 2024 - DÜNYA

Ötən gecə və yanvarın 23-ü səhər saatlarında Qırğızıstan-Çin sərhədində 6 zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Kabar” agentliyi Qırğızıstan Milli Elmlər Akademiyasının Seysmologiya İnstitutunun məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, ilk güclü zəlzələdən sonra daha beş zəlzələ qeydə alınıb. Dəqiqləşdiriləcək ki, yeraltı təkanların gücü 5,5-8 bal arasında dəyişib.

Xəbər xətti