Kiyevdə partlayışlar baş verib

09:38 - 23 Yanvar 2024 - DÜNYA

Kiyevdə partlayışlar baş verib. Ucnoqta.az xəbər verir ki, bu barədə paytaxtın hərbi administrasiyası bildirib.

"Kiyevdə hava hücumundan müdafiə sistemi işləyir. Hava hücumu xəbərdarlığı aradan qalxana qədər sığınacaqlarda qalın", - administrasiyanın Teleqram kanalında deyilir.

Kiyev Vilayət Hərbi İdarəsi də regionda hava hücumundan müdafiə sistemlərinin işi barədə məlumat verir.

Kiyev meri Vitali Kliçko şəhərdə yeni partlayışlar baş verdiyini açıqlayıb.

Xəbər xətti