Belarusda Silahlı Qüvvələrin birgə qərargah hazırlığı başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti özünün Telegram kanalında məlumat yayıb.
“Yanvarın 23-dən 26-dək Baş Qərargah rəisi - Belarus Respublikası müdafiə nazirinin birinci müavininin rəhbərliyi ilə Silahlı Qüvvələrin stasionar idarəetmə məntəqələrində Silahlı Qüvvələrin birgə qərargah hazırlığı keçirilir”, - məlumatda deyilir.
Məlumata görə, təlim zamanı “Avropa qitəsində vəziyyətin inkişafı proqnozu, habelə müasir şəraitdə hərbi gücdən istifadə təcrübəsi” işlənəcək.