Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT-nin mənzil-qərargahında türkiyəli həmkarı Hakan Fidan ilə ikitərəfli ticarət-iqtisadi əməkdaşlıq məsələlərini müzakirə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşdə qarşılıqlı faydalı əlaqələrin qorunub saxlanması və daha da genişləndirilməsi maraqları naminə birgə işin davam etdirilməsinin vacibliyi vurğulanıb, enerji sektorunda əsas Rusiya-Türkiyə layihələrinin icrasının gedişatına toxunulub, qarşıdan gələn ikitərəfli təmasların qrafiki müzakirə edilib.