Aİ Ukraynaya 50 milyard avroluq yardım paketini qəbul etməyə hazırlaşır

00:36 - 23 Yanvar 2024 - DÜNYA

Avropa İttifaqı Macarıstanın mövqeyindən asılı olmayaraq, Ukraynaya 50 milyard avroluq yardım paketini qəbul edə bilər

Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg yazıb. Bildirilir ki, Aİ ölkələri Macarıstanın mövqeyindən asılı olmayaraq fevralın 1-də Brüsseldə keçiriləcək sammitdə Ukraynaya 50 milyard avroluq yardım paketini qəbul etməyə hazırdır.

Dekabr sammitində Budapeşt 2024-2027-ci illər üçün çoxillik büdcənin artırılmasına, o cümlədən Kiyevə 50 milyard avro makromaliyyə yardımı nəzərdə tutulmasına veto qoyub.

Bloomberg mənbələrinə görə, bir çox Aİ ölkələri Macarıstanın fikrindən asılı olmayaraq Kiyev üçün bu yardım paketini qəbul etməyə hazırdır. Üstəlik, anonim rəsmilər bildiriblər ki, Macarıstanın baş naziri Viktor Orban dəstək paketini əngəlləməkdə davam edərsə, AB-nin digər 26 üzvü hələ də onu qəbul edəcək. Brüssel isə artıq belə bir ssenariyə hazırdır.

Xəbər xətti