Ukraynanın ötən il dövlət büdcəsinin hərbi xərcləri 49 milyard dolları ötüb

16:48 - 22 Yanvar 2024 - DÜNYA

Ukrayna 2023-cü ildə hərbi xərclər üçün dövlət büdcəsindən 1,844 trilyon qrivna (49,14 milyard dollar) ayırıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

"Təhlükəsizlik və müdafiə dövlət büdcəsi xərclərinin mütləq prioriteti və ən böyük maddəsi olaraq qalır. 2023-cü ildə təhlükəsizlik və müdafiə sahəsində dövlət büdcəsinin ümumi fondu 1,844 trilyon qrivna və ya fond xərclərinin ümumi məbləğinin 60,8%-ni təşkil edib” - nazirliyin “Facebook” səhifəsində məlumat verilib.

Nazirlikdən bildirilib ki, bu vəsait hərbi və xüsusi təyinatlı texnika, silah, döyüş sursatı, müdafiə texnikası, fərdi mühafizə vasitələri, yanacaq-sürtkü materialları, ərzaq məhsulları, eləcə də hərbi qulluqçuların maliyyə təminatı və tibbi sığortanın alınmasına yönəldilib. Departamentə görə, təhlükəsizlik və müdafiə sektorunun xərcləri “yalnız hökumət tərəfindən vergi gəlirləri və müharibə istiqrazları vasitəsilə” maliyyələşdirilir.

Ukraynanın 2023-cü ildə büdcə kəsiri 54,75 milyard dollar təşkil edib.

Xəbər xətti