Əfqanıstanda partlayışa görə 14 nəfər həbs edilib

15:00 - 22 Yanvar 2024 - DÜNYA

Taliban hərəkatının hüquq-mühafizə orqanları yanvarın 14-də Əfqanıstanın cənub-qərbində Nimroz əyalətində baş vermiş terror aktında əli olmaqda şübhəli bilinən 14 nəfəri saxlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə yerli mənbələrə istinadən “Hasht-e Subh” qəzeti məlumat yayıb.

Məlumata görə, həbs olunanların bəziləri Nimroz vilayətinin mərkəzi olan Zaranc şəhərindən olan sahibkarlardır. Taliban hərəkatı hələ ki, saxlanma faktını rəsmən açıqlamayıb.

Yanvarın 14-də Nimroz əyalətində intiharçı hücumu nəticəsində üç əfqan təhlükəsizlik əməkdaşı yaralanıb. Taliban hökumətinin Daxili İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, hücum edən şəxs əyalət administrasiyasının binasını partlatmaq niyyətində olub.///tass

Xəbər xətti