Çinin cənub-qərbindəki Yunnan əyalətində torpaq sürüşməsi baş verib. Evlər dağıntılar altında qalıb
Ucnoqta.az xəbər verir ki, ölkənin Mərkəzi Televiziyasının məlumatına görə, dağıntılar altında 44 nəfər qalıb.
Bildirilir ki, təbii fəlakət Pekin vaxtı ilə saat 05:51-də Çjaotonq ərazisində baş verib.
Artıq hadisə yerində xilasedicilər və 40-dan çox xüsusi texnika işləyir. Ümumilikdə 200 nəfər itkin düşənlərin axtarışındadır.