Fransada elektrik enerjisi tarifləri fevralın 1-dən 9,8% artacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə TF1 telekanalının efirində respublikanın iqtisadiyyat və maliyyə naziri Bruno Le Maire bildirib.
"Fevralın 1-dən elektrik enerjisi tarifləri elektrik enerjisi istehlakına görə differensiallaşdırılmış tariflər ödəyənlər üçün 9,8%, baza tarifini ödəyənlər üçün isə 8,6% artacaq", - Le Maire bildirib.
Onun sözlərinə görə, bu, yanvarın 31-də tarif həddinin fəaliyyətinin dayandırılması ilə bağlıdır. Səlahiyyətlilərin elektrik enerjisinin qiymətlərini cilovlamaq siyasəti adlandırdıqları kimi tarif həddi, elektrik enerjisinin qiymətinin artması səbəbindən 2022-ci ildə tətbiq edilib.