Rusiyalı iş adamı və “Monako”nun sahibi Dmitri Rıbolovlev futbol klubunu satmaq niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bu barədə "Foot Mercato"nun jurnalisti Santi Auna X sosial şəbəkəsində məlumat verib.
Məlumata görə, Rıbolovlev əvvəllər İngiltərənin “Mançester Yunayted” klubunun satışı ilə məşğul olan Amerikanın “Raine Group” investisiya bankına klubun satışı ilə məşğul olmağı tapşırıb.
57 yaşlı Rıbolovlev 2011-ci ildə klub Fransa çempionatının ikinci güclü divizionunda çıxış etdiyi zaman Monakoda nəzarət paketini alıb. 2017-ci ildə klub 17 ildə ilk dəfə Fransa çempionu olub. 2014 və 2018-ci illərdə ölkə çempionatında ikinci yeri tutub.
Bu mövsüm “Monako” Fransa çempionatında dördüncü pillədə qərarlaşıb. 18 turdan sonra klub 33 xal toplayıb.