Argentina yığmasının kapitanı Lionel Messi və yarımmüdafiəçi Anxel Di Maria 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada milli komandada oynamaq istəyir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Argentinanın DSports telekanalı məlumat yayıb.
Artıq ölkə futbol federasiyasının bu istəyin reallaşması üçün işlərə başladığı qeyd edilir. Bununla belə, Argentina milli komandası hələ də Oyunlara vəsiqə qazanmalıdır, təsnifat turniri yanvarın 20-də başlayır.