İsrail Müdafiə Qüvvələrinin (İDF) mətbuat xidməti İordan çayının qərb sahilindəki Tulkarm fələstinli qaçqın düşərgəsində 45 saatdan çox davam edən genişmiqyaslı antiterror əməliyyatının başa çatdığını açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, hərbçilərin məlumatına görə, terror fəaliyyətində şübhəli bilinən 37 nəfər saxlanılıb.
“45 saatdan sonra Tulkərm düşərgəsində genişmiqyaslı antiterror əməliyyatı başa çatıb.Təhlükəsizlik qüvvələri minə yaxın binada axtarış aparıb və yüzlərlə şübhəlini dindirib, onlardan 37-si axtarışda olan, o cümlədən bəziləri yüksək rütbəli fəallar olmaqla, saxlanılıb”, - hesabatda deyilir.