İtaliya Qəzzaya sülhməramlılar göndərməyə hazırdır
Ucnoqta.az xəbər verir ki, İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani bildirib ki, Roma beynəlxalq ictimaiyyət tərəfindən razılaşdırılarsa, Qəzza zolağında BMT-nin sülhməramlı missiyasında iştirak etməyə hazırdır.
“1000-dən çox italyan hərbçisi BMT-nin sülhməramlı missiyası ilə hazırda Livandadır”, - o, bildirib.
“Əgər keçid mərhələsində Qəzzada zəruri sülhməramlı missiya olarsa, biz sülhməramlılar kimi hərbi personalımızı BMT-yə göndərməyə hazırıq”, - deyə Tajani əlavə edib.