Pakistandan İranla bağlı açıqlama: "Onlar da istəmirlər"

13:01 - 19 Yanvar 2024 - DÜNYA

İslamabad Tehranı özünün dostu hesab edir və gərginliyin daha da artmasını istəmir.

Ucnoqta.az xəbər verir ki, bunu Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mümtaz Zəhra Bəluç deyib.

"Biz dəfələrlə demişik ki, İran bizim dostumuzdur. Biz eskalasiya istəmirik və onlardan eşitdiklərimizə görə, onlar da istəmirlər", - o, deyib.

Yanvarın 16-da İranın “Tasnim” agentliyi İran Silahlı Qüvvələrinin Pakistan ərazisində “Ceyş əl-Zolm” terror qruplaşmasının iki qərargahına zərbələr endirib.

Xəbər xətti