SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən yeni ilə keçidlə bağlı qazdan istifadə limitlərinin yenilənməsi başa çatıb.
Ucnoqta.az xəbər verir ki, bunu Birliyin Qəza çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.
“Yenilənmə artıq başa çatıb və yenilənmədən sonra sayğac göstəriciləri qeydə alınıb”, - Xalidə Şimşək qeyd edib.///apa