Gürcüstan parlamentinin spikeri Papuaşvili Zelenski və Sandudan üzr istəməsini tələb edib
Ucnoqta.az xəbər verir ki, bunu Gürcüstanın İctimai Televiziyasının Birinci Kanalına müsahibəsində respublika parlamentinin spikeri Şalva Papuaşvili tələb edib. Ukrayna və Moldova Mixail Saakaşvilinin həbsxanada saxlanma şəraitinə görə Gürcüstan hakimiyyətini haqsız olaraq tənqid edib, buna görə bu ölkələrin prezidentləri Volodimir Zelenski və Maya Sandu gürcü xalqından üzr istəməlidirlər.
“Avropa Komitəsinin İşgəncələrin Qarşısının Alınması üzrə gəldiyi nəticədən öyrəndik ki, prezident Zelenski, prezident Sandu və Avropa Parlamentinin üzvləri Gürcüstanı Saakaşviliyə işgəncə verməkdə ittiham edərkən yalan danışıblar. Bu gün öyrəndik ki, bir çox Qərb siyasətçiləri Gürcüstan və gürcü xalqı qarşısında özlərini biabır ediblər. Ona görə də bu şəxslərin üzr istəməsini gözləyirik”, - deyə qanunverici orqanın rəhbəri bildirib.
Yanvarın 18-də İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi Gürcüstanın keçmiş prezidentinin müalicə olunduğu Vivamedi klinikasında aparılan yoxlama haqqında hesabat dərc edib. Mütəxəssislərin fikrincə, Saakaşvili təmiz havada kifayət qədər az gəzinti istisna olmaqla, rahat şəraitdə saxlanılır.